Daha 11 ictimai iaşə müəssisəsində pozuntu aşkarlanıb – SİYAHI

Xəbər - Çingiz Səfərli – AzerTimes:

2021-ci il sentyabrın 14-də ölkə üzrə 410 ictimai iaşə obyektində 704 monitorinq keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən AzerTimes-ə verilən məlumata görə, monitorinqlər zamanı 11 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küç., ev 1 ünvanında yerləşən, fiziki şəxs Abbasov Çingiz Nürəddin oğluna məxsus kafe;

2. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən, fiziki şəxs Əgmidov Azad Hacızadə oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Kazımova Nəsibə Bəşir qızına məxsus “Sahiba” restoranı;

4. Bakı şəhəri, Nərimanov rayonu, Y. V. Cəmənzəminli küç., ev 106 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Vüqar İlyas oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 6 ünvanında yerləşən, fiziki şəxs Əşrəfov Qardaşxan Hümbət oğluna məxsus “Murad” kafesi;


6. Bakı şəhəri, Xətai rayonu, R. M. Hadi küç., ev 23 ünvanında yerləşən, hüquqi şəxs “Sema-Zen” MMC-yə məxsus restoran;

7. Bakı şəhəri, Səbail rayonu, Y. Məmmədəliyev küçəsi 42A ünvanında yerləşən, hüquqi şəxs “Levantine Group” MMC-yə məxsus “Levantine” kafesi;

8. Bakı şəhəri, Səbail rayonu, N. Rəfibəyli küçəsi 37 ünvanında yerləşən, hüquqi şəxs “Madoer” MMC-yə məxsus kafe;

9. Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küç., ev 8 ünvanında yerləşən, fiziki şəxs Abbaslı Şamxal Ramiz oğluna məxsus şirniyyat sexi;

10. Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küç., 3165-ci məhəllədə yerləşən, fiziki şəxs Çinarə Tuncer Cəfər qızına məxsus dönər evi;

11. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., ev 192m ünvanında yerləşən, fiziki şəxs Abdullayev Nazim Hüseynəli oğluna məxsus kafe.

Twitter:@cingizsafarli

Teqlər: