Dağıdılmış evlərin sahibləri yeni evlə təmin olunacaq

Dağıdılmış evlərin sahibləri yeni evlə təmin olunacaq

Ermənistanın təcavüzü nəticəsində 8221 daşınmaz əmlaka ziyan dəydiyi məlum olub.

Nazirlər Kabinetindən verilən məlumata görə, bərpası və təmiri mümkün olmayan əmlak sahibləri müasir layihələr əsasında tikilmiş yeni tikililərlə təmin olunacaqlar.

Bərpası və təmiri mümkün olan əmlaklar isə dövlət hesabına təmir və bərpa ediləcək.

Qeyd edilib ki, ilkin mərhələdəki yardımlar nəqliyyat vasitələrinə görə ödənişləri nəzərədə tutmur.