Cüdoçularımız Avropa çempionatını iki bürünc medalla başa vurublar

Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatında cüdoçumuz üçüncü yeri tutub.

Trend xəbər verir ki, kişilər arasında yarışan Zelim Kotsoyev (100 kq) üçüncü yer uğrunda görüşdə rusiyalı Niyaz İlyasovu məğlub edərək bürünc medal qazanıb.

Qeyd edək ki, bundan əvvəl 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov da qitə çempionatında üçüncü yeri tutub. Beləliklə, komandamız yarışı iki bürünc medalla başa vurub.


Avropa çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparıb. Yarışda ölkəmizi 9 idmançı təmsil edib.

Teqlər: