Cüdo üzrə milli komandamız birinci MDB Oyunlarında gümüş medal qazanıb

Azərbaycanın cüdo üzrə milli komandası Kazanda keçirilən birinci MDB Oyunlarında gümüş medal qazanıb.

AzerTimes xəbər verir ki, komanda yarışlarında çıxış edən millimiz dörddəbir finalda Qırğızıstana 5:1, növbəti mərhələdə Qazaxıstana 5:3 hesabı ilə qalib gələrək həlledici mərhələyə adlayıb. Qızıl medal uğrunda görüşdə yığmamız Özbəkistan seçməsinə 3:5 hesabı ilə udazaraq yarışı ikinci pillədə başa vurub.

Qeyd edək ki, birinci MDB Oyunlarına sentyabrın 11-də yekun vurulacaq.

Teqlər: