“Crew Dragon” sərnişin kosmik gəmisi Atlantik okeanında eniş edib

ABŞ-ın “SpaceX” şirkəti tərəfindən buraxılan, göyərtəsində heç bir peşəkar astronavtı olmayan “Crew Dragon” kosmik gəmisi Atlantik okeanında, Florida ştatının sahillərində enib.

AzerTimes-ın məlumatına görə, gəminin yerə qayıtması “SpaceX”in saytında yayımlanıb.

Kosmik gəmi 590 km yüksəklikdə (Beynəlxalq Kosmos Stansiyasının Yerdən daha uzaq məsafədə) orbitdə üç gün keçirib.


İlk mülki missiyanın ekipajı heç biri peşəkar astronavt olmayan iki kişi və iki qadından ibarət olub.