Çox sevinirik ki, erməni terrorçular Azərbaycanda məhkəmə qarşısında cavab verir – Şəhid atası (VİDEO)

Xəbər - Samir Əli, Elçin Mehdiyev – Trend:

Çox sevinirik ki, torpaqlarımız azad olunub, erməni terrorçular Azərbaycanda məhkəmə qarşısında cavab verir. Biz şahid kimi buraya gəlmişik.

AzerTimes-ın məlumatına görə, bunu Yasamal rayon məhkəməsində Qarabağda azərbaycanlı əsirlərə işgəncə verən erməni terrorçular Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi zamanı zərərçəkmiş kimi tanınan, şəhid atası Xanbala Əsgərov deyib.

X.Əsgərov bildirib ki, Azərbaycan dövləti düşməni məhv etdi və terrorçuların da cavabını verir: “Oğlumun qanı yerdə qalmadı. Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz torpaqları azad etdi, şəhidlərimizin qanı yerdə qalmadı. Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan kimi terrorçular da öz cəzalarını alacaqlar”.


Teqlər: