Collezione Italia şirkətindən nümunəvi addım

Collezione Italia şirkəti 2016-cı ildən fəaliyyətə başlayıb. Şirkətin yarandığı gündən ən başlıca fəlsəfəsi, alıcılarına keyfiyyətli xidmət göstərmək, onunla paralel isə korporativ sosial məsuliyyət layihələri çərçivəsində ehtiyacı olan insanlara yardım göstərmək və onların qayğısına qalmaqdır.

Şirkət fəlsəfəsinə sadiq qalaraq bu dəfə də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı diqqət və qayğıya möhtac əlilliyi olan uşaqlar evinə öz üzərinə düşən yardımı etmək qərarına gəlib. Tədbirdə xüsusi obrazlar uşaqlara əyləncəli dəqiqələr yaşadıb, sonda isə şirkət tərəfindən müxtəlif hədiyyələr verilib.

Görülən işlərin bir çoxu konfidensiallıq məqsədilə gündəmə gətirilməsə də, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı edilən bu aktivliyi insanlar arasında olan yardımsevərlik emosiyasını aşılamaq və daha da artırmaq məqsədilə şirkət paylaşmaq qərarına gəlib.

Onu da qeyd edək ki, Collezione Italia – Avropanın ən böyük premium mebel və aksesuarların multibrend şourumudur. Öz seqmentində lider olan şourum Avropanın 300-dən çox məşhur, böyük tarixə və ənənəyə malik lüks manufakturalarının dəbdəbəli, şıq interyer predmetlərini təqdim edir.

Uşaqlar hər zaman bizim gələcəyimiz və qayğımızın əsas mənbəyidir!

Teqlər: