Çobana nazirlikdə vəzifə verildi

Çobana nazirlikdə vəzifə verildi

Bir müddət əvvəl gözəl səsi və peşəkar ifası ilə sosial şəbəkələrdə məşhurlaşan, çoban olduğu bildirilən gənc Pərvin Səfərovla bağlı Xəzər Xəbərdə məlumat yayılmışdı.

Video yayıldıqdan sonra Mədəniyyət və Turizm Nazirliyi istedadlı gənc P.Səfərovla maraqlanıb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov Unikal.org-a deyib ki, Pərvin Səfərov yaşadığı kəndin mədəniyyət evində işə götürülüb:

“Mətbuatda onun ifasının əks olunduğu video yayıldıqdan sonra Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin göstərişi ilə bizim əməkdaşlar Pərvin Səfərovla əlaqə saxladı. Nazirliyin Biləsuvar Regional Mədəniyyət Turizm İdarəsinin rəhbərliyi Pərvingilin evində ailəsi ilə görüş keçirib. Bu gün Pərvin Səfərov Salyan rayonunda keçirilən bir tədbirə dəvət olunub və orada çıxış edib.

Nazirlik rəhbərliyinin göstərişinə əsasən, o, Qaçaqkənd kəndində yerləşən mədəniyət evinə işə götürülüb. Əməkdaşlarımız onun yaradıcılığını diqqətdə saxlayacaq və lazımi köməklik göstərəcəklər”.