Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimindən sonra imzalayacağı ilk fərmanlar açıqlanıb.

AzerTimes-ın məlumatına görə, yeni prezidentin imzalayacağı sənədlər arasında Meksika ilə sərhəddə ucaldılan divarın tikintisinin dayandırılması, eləcə də ABŞ-ın Paris iqlim sazişinə və Ümumdünya Səhiyyə Təşkilatına geri dönməsi barədə fərmanlar yer alıb.

Qeyd edək ki, Co Bayden bu gün prezident səlahiyyətlərinin icrasına başlayacaq.