Çinin Meizu şirkəti iki ekranlı smartfon yaratdı

Çinin Meizu şirkəti iki ekranlı smartfon yaratdı

Çinin “Meizu” şirkəti 7 Pro və 7 Pro Plus smartfon modellərini təqdim edib.

Qiyməti 430 dollardan başlayan qacetlər avqustun 5-dən satışa çıxarılacaq.

Yeni smartfonların iki kamerası və displeyi var. Rəngli əlavə ekran arxa qapaqda – iki kameranın aşağısında yerləşdirilib. 1,91 düym diaqonalı olan əlavə ekran ayın tarixini və saatı, bildirişləri, hava proqnozunu, həmçinin əsas kamera ilə selfi edən istifadəçinin üzünü göstərəcək.

7 Pro’nun 5,2 düymlük displeyi, 4 Gb əməliyyat yaddaşı və 64 Gb daxili yaddaşı olacaq. “7 Pro Plus’da bu göstəricilər müvafiq olaraq 5,7 düym, 6 Gb və 128 Gb-dır.

2 ekranli smartfon