Çində sıxılmış təbii qaz stansiyasında partlayış baş verdi

Çində sıxılmış təbii qaz stansiyasında partlayış baş verdi

Çinin cənubunda yerləşən Beyhay şəhərində sıxılmış təbii qaz stansiyasında yanğın baş verib.

Çinin Mərkəzi televiziyasının verdiyi xəbərə görə, hadisə nəticəsində azı 5 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb, daha bir nəfər itkin düşmüş hesab olunur.

Yanğın nəzarət altına alınıb. Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Yanğının səbəbi müəyyən edilir, araşdırma aparılır.