Çində qaz borusu partlayıb – Ölənlər var

Xəbər - Orxan Nəbiyev – Trend:

Çinin şimal-şərqindəki Dalyan şəhərində qaz borusu partlayıb.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub, daha 8 nəfər yaralanıb.


Yaşayış bölgəsində baş vermiş partlayış nəticəsində bir sıra nəqliyyat vasitəsi də yanıb. Yanğın söndürülən zaman yanan avtomobillərdən biri partlayıb.