Çində güclü qum qasırğası olub (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Çinin paytaxtı Pekində güclü qum qasırğası qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, görüntü məsafəsinin kəskin azalması ilə əlaqədar yollarda böyük tıxaclar yaranıb.

Paytaxtın hava limanlarında 400-dən çox aviareys təxirə salınıb. Şəhərdə açıq havada nəzərdə tutulan bütün tədbirlər ləğv edilib.

Qeyd olunur ki, bu, son on il ərzində baş verən ən güclü qum qasırğası olub.