Çində benzin və dizel yanacağının qiyməti artırılır

Xəbər - Orxan Nəbiyev – Trend:

Çin hökuməti oktyabrın 10-dan etibarən benzin və dizel yanacağının pərakəndə satış qiymətini artırır.

Trend bildirir ki, bu barədə Çinin İnkişaf məsələləri və İslahatlar üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Qeyd olunur ki, sabahdan etibarən ölkədə benzinin qiyməti bir ton üçün 1 438 dollar, dizel yanacağı isə bir ton üçün 1 248 dollar təşkil edəcək.

Hazırda Çində benzinin qiyməti 1 370 dollar, dizel yanacağının qiyməti isə 1 231 dollara bərabərdir.