Çində baş verən tufan nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb

Çinin Heylincian vilayətində Şançji şəhərində baş verən tufan nəticəsində ən az bir nəfər ölüb, 16 nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə CGTN televiziya kanalı yerli hakimiyyət orqanlarına istinadən bildirib.

Məlumata əsasən, bütün xəsarət alanlara tibbi yardım göstərilir, onlardan birinin vəziyyəti ağırdır.

Bildirilib ki, fəlakət ötən gün axşamı yerli vaxtla saat 17:30-18:00 arasında baş verib. Güclü külək dolu ilə müşayiət olunub.