Çində 4 milyona yaxın əhalisi olan şəhər karantinə bağlandı

Xəbər - Orxan Nəbiyev – Trend:

Çinin şimal-qərbindəki Qansu əyalətində 3,7 milyon əhalisi olan Lançjou şəhəri karantinə bağlanıb.

Trend-in məlumatına görə, buna səbəb şəhər ərazisində koronavirusa yeni yoluxmalarının qeydə alınmasıdır.

Son sutka ərzində qeydə alınmış 29 yoluxmdan 6-sı məhzn Lançjou şəhərində qeydə alınıb.

Məlumata əsasən, oktyabrın 26-dan etibarən sakinlərə zərurət olmadığı halda evdən çıxmaq qadağan edilib. Şəhərə giriş-çıxış bağlanıb.