Çin ABŞ və Kanadanın fiziki şəxslərə və şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

Çin tərəfindən ölkənin Sincan Uyğur Muxtar Bölgəsi ətrafında yaranmış vəziyyətə görə ABŞ və Kanadadan olan bəzi fiziki və hüquqi şəxslərə qarşı cavab sanksiyaları tətbiq edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi Çin Xarici İşlər Nazirliyinə istinadən bildirib.

Məlumata əsasən, sanksiyalara məruz qalan şəxslər arasında ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının rəhbəri Toni Perkins və Kanada parlamentinin üzvü Maykl Çonq var. Kanadanın qanunverici orqanının İcmalar Palatasının Xarici İşlər və Beynəlxalq İnkişaf Komitəsində İnsan Hüquqları üzrə Alt Komitəsi da sanksiyalar siyahısına daxil olub.

Açıqlamada bildirilib ki, sanksiyaların “şayiələrə və dezinformasiyalara əsaslanaraq 22 mart tarixində Sincanda müvafiq fiziki və hüquqi şəxslərə [ÇXR vətəndaşları və şirkətlərinə] qarşı birtərəfli sanksiyalar tətbiq edən” iki ölkənin hərəkətlərinə cavab olaraq tətbiq olunub.