Çin ABŞ-a xəbərdarlıq etdi

Çin ABŞ-a xəbərdarlıq etdi

Çin xarici işlər naziri Wang Yi, Şimali Koreyaya hərbi müdaxilə mövzusunda Amerika Birləşmiş Ştatlarını hədələdi. Nazir ABŞ-ı xəbərdar edərək, “güc istifadəsi münaqişələri həll etmir, yalnız daha böyük fəlakətlərə səbəb olur” deyib.

ABŞ dövlət katibi Reks Tillersonun başçılıq etdiyi BMT Təhlükəszlik Şurasının iclasında Wang Yi bütün mümkün variantların masada həll olunmasına çağırış verdi.

“Güc istifadəsi münaqişələri həll etmir, yalnız daha böyük fəlakətlərə səbəb olur. Koreya yarımadasındakı nüvə problemin dinc yollarla həll edilməsinin yeganə doğru yolu dialoq və müzakirədir” çinli nazir çıxışında belə deyib.

Rusiya xarici işlər nazirinin müavini Qennadi Qatilov isə çıxışında “güc tətbiqinin qəbul edilməz olduğunu, yanlış atılan bir addımın, qorxunc və acı nəticələr doğura biləcəyini” deyib . Rusiyanın bölgədəki prosesləri narahatlıqla izlədiyini deyən Qatilov, Şimali Koreyanın nüvə və balistik raket sınaqlarını pisləyib.

İngiltərə xarici işlər naziri Boris Conson isə Şimali Koreyanın üzərinə düşdüyü öhdəliklərini yerinə yetirmədiyini, BMT Təhlükəsizlik Şurasının qərarlarına məhəl qoymadığını və digər ölkələrə təhdidlər yönəltməkdə ittiham edib. Conson, Şimali Koreyanın özünü təcrid edərək yalnız xalqını təhlükəyə atmadığını eyni zamanda öz iqtidarını da zəiflətdiyini ifadə etdi.