Çili sahillərində 7 bal gücündə zəlzələ olub

Çili sahillərində 7 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Punta-Arenas şəhərindən 1 328 kilometr cənub-şərqdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.