“Chrome”un Azərbaycanın internet bazarında payı azalıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2021-ci ilin martında Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı fevral ayı ilə müqayisədə 0,15 faiz azalıb.

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Statistikaya əsasən, “Chrome” brauzerinin bazarda payı 77,75 faiz təşkil edib.

“Safari” brauzerinin mart ayında payı fevralla müqayisədə 0,66 faiz artaraq 10,02 faiz təşkil edib.

“Samsung Internet” brauzerinin payı 0,33 faiz artaraq 4,72 faizə bərabər olub.

Eyni zamanda, mart ayında “Opera” brauzerinin internet bazarında payı 0,32 faiz azalaraq 4,03 faiz təşkil edib.

“Yandex Browser” brauzerinin payı 0,05 faiz artaraq 1,27 faiz, “Microsoft Edge”in payı 0,89 faiz, “Mozilla Firefox”un payı 0,82 faiz təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)