Çexiyanın yeni xarici işlər naziri təyin olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Çexiya prezidenti Miloş Zeman Yakub Kulqaneki xarici işlər naziri vəzifəsinə təyin edib.

AzerTimes-ın məlumatına görə, bu barədə müvafiq fərman imzalanıb.

Y.Kulqanek bu günədək xarici işlər nazirinin müavini vəzifəsində idi.


Qeyd edək ki, bundan əvvəlki nazir Tomaş Petrşiçek baş nazir Andrey Babiçin təlimatı əsasında aprelin 12-də vəzifəsindən azad edilmişdi.