Çexiyada qatarların toqquşması nəticəsində bir nəfər ölüb

Çexiyanın Teplitse şəhərinin ərazisindəki Svetets kəndi yaxınlığında iki qatar toqquşub. Hadisə nəticəsində bir nəfər həlak olub.

AzerTimes-ın məlumatına görə, bu barədə jurnalistlərə ölkənin birləşmiş xilasetmə və təcili tibbi yardım xidmətinin nümayəndəsi Prokop Voleynik bildirib.

P.Volrynik qeyd edib: “Svetets kəndi yaxınlığında iki yük qatarı toqquşub. Bir nəfər həlak olub, bir nəfər orta dərəcədə yaralanıb”.


Hadisənin digər təfərrüatları barədə hələki məlumat verilməyib.