Çexiyada koronavirusdan ölənlərin sayı 25 min nəfəri ötüb

Çexiyada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 25 min nəfəri ötüb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 8 167 yoluxma halı qeydə alınıb, 143 nəfər koronavirusdan ölüb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa 1 475 538 nəfər yoluxub, 1 275 488 nəfər koronavirusdan sağalıb, 25 055 nəfər isə koronavirusdan vəfat edib.