Çexiyada fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı

Çexiyada koronavirus pandemiyası ilə əlaqədar ötən ilin oktyabr ayının 5-dən qüvvədə olan fövqəladə vəziyyət rejimi aprelin 11-dək uzadılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə qərarı Çexiya parlamentinin deputatlar palatası (aşağı palata) qəbul edib.

Məlumata əsasən, iclasda iştirak edən 103 deputatdan 53-ü fövqəladə vəziyyət rejiminin uzadılmasının lehinə, 37-si isə əleyhinə səs verib.

Bundan əlavə, deputatlar hökumətin fövqəladə vəziyyət rejiminin müddətinin 30 gün uzadılmasına (aprelin 27-dək) dair istəyini dəstəkləməkdən imtina ediblər.

Qeyd edək ki, Çexiyada koronavirusa 1 503 307 yoluxma halı aşkarlanıb. Koronavirusa yoluxanlardan 25 639 nəfəri vəfat edib.