Çexiyada 156 nəfər insanları qəsdən koronavirusa yoluxdurmaqda ittiham edilib

Xəbər - Orxan Nəbiyev – AzerTimes:

Çexiyada koronavirus pandemiyası dövründə polis 156 nəfər barəsində qəsdən xəstəliyə yoluxdurma ittihamı irəli sürüb.

AzerTimes-in məlumatına görə, bu barədə ölkə Baş Prokurorluğunun hesabatında deyilir.

Həmin şəxslərin təqsiri sübut olunacağı təqdirdə 12 ilədək həbs cəzası verilə bilər.


Hesabata əsasən, 2020-ci ilin mart-may aylarında, pandemiyanın birinci dalğasında 14 nəfər insanları qəsdən yoluxdurmaqda şübhəli bilinib. 2020-ci ilin oktyabrından 2021-ci ilin aprelinədək isə bu əməldə 142 nəfər ittiham olunub.

Çexiya qanunvericiliyinə əsasən, qəsdən yoluxdurma əməlinə görə 3 il həbs, fövqəladə rejim zamanı 8 il həbs cəzası verilir. Yoluxdurma nəticəsində 2 və daha artıq şəxsin ölməsi təqdirində 12 ilədək həbs cəzası nəzərdə tutulub.