Çexiya “Cənub Qaz Dəhlizi”nə çıxış əldə etməyə ümid edir – Nazirlik

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

Çexiya “Cənub Qaz Dəhlizi”nə çıxış əldə etməyə ümid edir.

Bunu AzerTimes-a Çexiya Sənaye və Ticarət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, hələlik “Cənub Qaz Dəhlizi” ilə hələlik Azərbaycan qazının birbaşa Çexiyaya tədarükü mümkün deyil, amma bu layihənin vacibliyi ilk növbədə bütün Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında ifadə olunur:


“Biz Trans-Adriatik qaz kəmərinin tikintisinin başa çatmasını və Azərbaycan qazının İtaliyanın cənubuna birbaşa nəqlini müsbət qiymətləndiririk. Hesab edirik ki, Azərbaycan təbii qazını Çexiya qaz bazarına birbaşa tədarük etmək mümkün olacaq. Çexiya tərəfi “Cənub Qaz Dəhlizi” layihəsini dəfələrlə ikitərəfli əsasda, həm də Aİ çərçivəsində dəstəkləyib”.

Teqlər: