Çexiya 25 milyon dozadan çox koronavirus peyvəndi sifariş edib

Çexiya Avropa Komissiyasının vasitəçiliyi ilə 25 milyondan çox doza koronavirus peyvəndi sifariş edib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın baş naziri Andrey Babiş bildirib.


Çex Respublikasında koronavirusa qarşı peyvəndləşməyə 27 dekabr 2020-ci ildə başlanılıb və 1 049 108 sakinə artıq vaksin vurulub. Təxminən 10,7 milyon nəfər əhalisi olan ölkədə amerikan şirkəti “Pfizer” və alman tərəfdaşı “BioNTech”, amerikan şirkəti “Moderna” və ingilis-isveç şirkəti “AstraZeneca” tərəfindən istehsal olunan peyvəndlərdən istifadə edilir.

Teqlər: