Cərrahi əməliyyatla kişi olan aktrisanın toyu oldu

Cərrahi əməliyyatla kişi olan aktrisanın toyu oldu

Üç il öncə cinsiyyətini dəyişərək kişi olan aktrisa evənib.

Rüzgar Erkoçlar iki illik sevgilisi ilə nikah masasına oturub. Tuğba Beyazoğlu il. üç il öncəyə qədər qadın olan Rüzgarın toy mərasimində yaxın dostları, qohumları iştirak ediblər.

Bəy çox həyəcanlı olduğunu, hələlik bal ayına çıxmağı planlaşdırmadıqlarını deyib.

Xatırladaq ki, R.Erkoçlar 1986-cı ildə qadın kimi dünyaya gəlib. Gənc yaşlarında bir çox reklam və filmdə rol alan aktrisa həmişə özünü kişi kimi hiss etdiyini deyib. Üç il öncə isə hormon müalicəsinə başladığını elan edərək cinsiyyət dəyişmə əməliyyatı etdirib.