Çermet körpüsünə yaxın ərazidə güclü yanğın oldu

Çermet körpüsünə yaxın ərazidə güclü yanğın oldu

Bakıda təkər tullantıları yığılan ərazidə güclü yanğın olub.

“Çermet” körpüsü deyilən yerin yaxınlığında açıq havada təkər, taxta tullantıları və quru ot sahəsi yanıb.

Yanğın söndürülüb.

FHN yanğınla bağlı açıqlama yayıb. Qeyd olunub ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi yaxınlığındakı boş ərazidə 150 m² sahədə məişət və təkər tullantıları yanıb. Yanğın saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.