Cənubi Qafqazda xoş məramın olması təqdirində nəqliyyat əlaqəsi açılacaq – Rusiya baş nazirinin müavini

Cənubi Qafqazda xoş məramın olması təqdirində nəqliyyat əlaqəsi açılacaq, ticarət inkişaf edəcək, həm Azərbaycanın, həm Ermənistanın iqtisadiyyatları inkişaf üçün yeni təkan alacaq.

AzerTimes-ın məlumatına görə, bunu Rusiyanın baş nazir müavini Aleksey Overçuk deyib.

O bildirib ki, indi ən vacib məqam regionda sülhü təmin etməkdir, bunun üçün isə bir-biri ilə təmas qurmaq və ümumi dinc gələcəyin qurulması üzərində işləmək lazımdır.

Rusiyanın Moskva Dövlət Universitetinin dosenti Aleksey Fenenko qeyd edib ki, Ermənistanda hələ də Azəbaycanla kommunikasiyaların bərpa olunmasından əldə olunacaq faydanı başa düşmürlər:

“Ermənistanda uzun müddət millətçi ideyalar, “Böyük Ermənistan”ın hər kəsdən yüksəkdə olduğu, ətrafda isə ancaq düşmənlərin olduğu və onlara pislik etmək istədikləri barədə fikirlər hakim olub. Ona görə də həm hakim dairələrdə, həm də cəmiyyətdə Rusiyanın sərhədləri açması cəhdləri qeyri-real addım kimi qəbul olunur”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: