Cənubi Koreyada bina avtobusun üzərinə çökdü – Ölü və yaralılar var (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Cənubi Koreyada beşmərtəbəli binanın çökməsi nəticəsində 9 nəfər həlak olub, daha 8 nəfər isə xəsarət alıb.

AzerTimes-ın məlumatına görə, hadisə binanın söküntüsü zamanı baş verib.

Qeyd olunur ki, bina çökən zaman dayanacaqda olan avtobusun üzərinə düşüb. Ölən və xəsarət alanlar avtobusun sərnişinləri olub.

Xilasedicilər dağıntılar altında digər şəxslərin axtarışlarını aparır.