“Cənub Qaz Dəhlizi” yeni reallıqları əks etdirir – Macarıstanın xarici işlər naziri

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

“Cənub Qaz Dəhlizi” yeni reallıqları əks etdirir.

AzerTimes-ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

O bildirib ki, Qafqaz regionu enerji və nəqliyyat baxımından həyati vacib rol oynayır:

“Macarıstanın və bütün Mərkəzi Avropanın enerji təchizatı birtərəfli asılılıq baxımından kritik məsələdir. “Cənub Qaz Dəhlizi” isə yeni reallıqları əks etdirir. Bu layihə mənbə və marşrutları şaxələndirmək imkanı verir”.

Teqlər: