Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib (FOTO/VİDEO)

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbəyə həsr olunan “Zəfər” adlı tədbir keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə Hərbi Liseyin şəxsi heyəti, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı heyəti və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsindən, Vətən müharibəsi nəticəsində işğal olunmuş torpaqlarımızın, eləcə də qürur simvolumuz olan Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən danışıblar.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı heyəti vətənpərvərlik mövzusunda bədii proqramla çıxış edib.


Teqlər: