Çempionlar Liqasının yarımfinalı: “PSJ” “Mançester Siti”yə uduzdu

İngiltərənin “Mançester Siti” komandası futbol üzrə Çempionlar Liqası yarımfinalının ilk oyununda fransızların “PSJ”sini məğlub etdi.

Trend xəbər verir ki, oyun 2: 1 hesabı ilə başa çatıb.


Qaliblər sırasında qolları Kevin De Breyne (64-cü dəqiqə) və Riyad Marez (71), digər komandadan isə braziliyalı Markuinyos (15) vurublar.

Teqlər: