Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

Bu gün (18 avqust) futbol üzrə UEFA Çempionlar Liqasında 2019 / 2020 mövsümünün yarımfinal mərhələsinə start veriləcək.

Matçlar Portuqaliyada keçirilir və bir oyundan ibarətdir.

1/4 finalda Madrid “Atletiko”sunu mübarizədən kənarlaşdıran “Leyptsiq” (Almaniya), bu mərhələdə Fransa çempionu PSJ ilə qarşılaşacaq.

Yarımfinalın digər matçında Almaniya nəhəngi “Bavariya” ilə “Olimpik” (Lion, Fransa) üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
Yarımfinal
18 avqust

23:00. “Leyptsiq” (Almaniya) – PSJ (Fransa)