Çempionlar Liqası: “Real” komandası “Liverpul”u məğlub edib

İspaniyanın “Real” futbol klubu Çempionlar Liqasının 1/4 finalının ilk oyununda İngiltərənin “Liverpool” komandasını məğlub edib.

AzerTimes-ın məlumatına görə, İspaniya təmçilisinin doğma meydanında keçirilən görüş 3:1 hesabı ilə başa çatıb.

Qalib komandanın heyətində qolları Vinisius (27 və 65-ci dəqiqələr) və Marko Asensio (36) vurublar.

Rəqib komandada yeganə qolu Məhəmməd Salah (51) vurub.

Teqlər: