Çempionlar Liqası: “PSJ” “Bavariya”nı məğlub etdi

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda fransız “Paris San-Jermen”i səfərdə alman “Bavariya”sını məğlub etdi.

Trend TASS-a istinadən xəbər verir ki, görüş 3:2 hesabı ilə başa çatıb.

Qaliblər arasında qolları Kilian Mbappe (3-cü və 68-ci dəqiqələr) və Markinyos (28), məğlub olanlardan isə əvvəllər “PSJ”nin futbolçusu olan Erir Şupo-Motinq (37) və Tomas Myuller (60) vurublar.

Komandalar cavab qarşılaşmasını 13 apreldə Fransada keçirəcəklər. “Bavariya” Çempionlar Liqasının hazırkı lideridir.

Teqlər: