“Çelsi” İngiltərə Premyer Liqası cədvəlində lider oldu

İngiltərə futbol çempionatının beşinci turunun oyununda “Çelsi” səfərdə “Tottenhem”i məğlub edib.

AzerTimes-ın məlumatına görə, matç 3:0 hesabı ilə başa çatıb.

Qolları Tiaqo Silva (49-cu dəqiqə), N’Qolo Kante (57) və Antonio Rüdiger (90+2) vurublar.

Turnir cədvəlində “Çelsi” 13 xalla birinci, “Tottenhem” 9 xalla yeddinci yerdədir.

Növbəti turda “Çelsi” sentyabrın 25-də “Mançester Siti” ilə, “Tottenhem” isə ertəsi gün “Arsenal”la qarşılaşacaq.

Teqlər: