Cəlilabad rayonunda 4 otaqlı ev yanıb

Cəlilabad rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Babalı kəndində ümumi sahəsi 153 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 105 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: