Burkina Fasoda 100 nəfər silahlı hücumun qurbanı olub

Burkina Fasoda silahlı hücum zamanı ən azı 100 sakin həlak olub.

AzerTimes-ın İnterfaksa istinadən verdiyi məlumata görə, bu barədə ölkə hökumətinin açıqlamasında bildirilib.

Məlumata görə, hadisə ölkənin şimalında, Yaqa əyalətində baş verib. Ölkədə 72 saatlıq matəm elan edilib.