Bulvarda HƏYACANLI ANLAR – Dənizə düşən şəxs xilas edildi

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

www.yenicag.az

Teqlər: