Büdcə təşkilatlarında 89 milyon 240 min manat artıq və əsassız ödənişlər aşkarlanıb – Maliyyə Nazirliyi

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılan yoxlamalarda ümumilikdə 89 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, həmin məbləğdən 37 milyon 535 min manatı yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.

Teqlər: