Büdcə səviyyə kodu düzgün qeyd olunmur – Dövlət Xidmətindən xəbərdarlıq

Xəbər - Çingiz Səfərli – Trend:

Aparılmış araşdırma nəticəsində məlum olub ki, vergi ödəyiciləri tərəfindən vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə ödəniş tapşırıqları tərtib olunan zaman büdcə səviyyə kodu düzgün qeyd olunmur və ödənişlər təşkilatlar tərəfindən büdcə səviyyə kodunda müvafiq düzəlişlər edilmədən həyata keçirilir.

Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Səid Mirzəyev deyib. O bildirib ki, qeyd olunan hallar ödənişlərin vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə işlənilməsində müəyyən çətinliklər yaradır.

Ödənişlərin vaxtında və təyinatı üzrə düzgün işlənilməsi məqsədilə “Büdcə səviyyə kodu” barədə məlumatı vergi ödəyicilərinin diqqətinə bir daha çatdırırıq:


Twitter:@cingizsafarli

Teqlər: