Bu müəssisələrdə direktor müavini işləmək istəyənlər imtahan verir

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

İyunun 3-dən etibarən peşə təhsili müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun müsahibə mərhələsinə başlanılıb.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu mərhələdə ümumilikdə 77 namizəd iştirak hüququ əldə edib. Müsahibəyə qatılacaq namizədlərə müraciət formasında qeyd edilən əlaqə nömrəsi vasitəsilə müsahibə zamanı və məkanı barədə məlumatlar əvvəlcədən təqdim edilir.

Namizədlər tələb olunan tarixdə şəxsi işlərini (diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə və şəxsiyyət vəsiqəsini müsahibə komissiyasına təqdim etməlidirlər.


Qeyd edək ki, iyunun 15-dək davam edəcək müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü qiymətləndiriləcək.

Teqlər: