Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci il yanvarın 1-dən martın 31-dək Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə hədəf bazarlara 1,16 milyard kubmetr qaz tədarük edilib. Bu göstərici proqnozlara uyğun olub.

Trend bu barədə TAP-ın səhmdarlarından biri, İspaniyanın “Enagas” şirkətinə istinadən məlumat verir.

Bu müddət ərzində infrastrukturun istismar imkanları 100 faiz təşkil edib:

“Qaz nəqlinin başladığı 31 dekabr 2020-ci ildən martın 19-dək Yunanıstanın Kipoy şəhərindəki interkonnektor vasitəsilə Avropaya qaz tədarükünün həcmi 1 milyard kubmetrə çatıb”.

Şirkətdən bildiriblər ki, TAP konsorsiumu iyulun əvvəlində bazar sınaqlarının məcburi mərhələsinin keçirilməsinə hazırlaşır. Bu sınaqlar nəticəsində infrastrukturun buraxılışı gücü illik 10 milyard kubmetr artırıla bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: