Bu il Rusiya-Azərbaycan arasında yeni layihələrin başlanılması gözlənilir

Xəbər - Fidan Babayeva – Trend:

2021-ci ildə yeni Rusiya-Azərbaycan layihələrinin icrasına, xüsusən də Azərbaycanda kənd təsərrüfatı və yol tikinti texnikasının yığılmasının təşkili ilə bağlı işlərin başlanması gözlənilir.

Bu barədə AzerTimes-a Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.

Onun sözlərinə görə, ticarət missiyası Rusiya müəssisələrinin Azərbaycan bölgələrinin sosial-iqtisadi inkişafı layihələrində iştirakına xüsusi diqqət ayıracaq.

“Buna iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədrləri – Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin çox məhsuldar qarşılıqlı əməkdaşlıqları tövhə verir.

11 yanvar tarixində Moskvada qəbul edilən bəyanata uyğun dəmir yolu və avtomobil kommunikasiyaları məsələlərini prioritet kimi qeyd edərək əsas iş sahələrinin siyahısını müəyyənləşdirmək üçün işçi qrupu yaradılıb. Birgə işçi qrupu digər istiqamətləri müəyyənləşdirəcək ki, onların əsasında ekspert alt qruplarının yaradılacaq”, – Mirsayapov bildirib.

Nümayəndə ekspert alt qruplarının yaxın gələcəkdə ən yüksək səviyyədə həyata keçirilməsi və təsdiqlənməsi üçün zəruri mənbələr və tədbirlərlə əsaslanan layihələrin siyahısını təqdim edəcəyini qeyd edib. Tədbirlərin reallaşdırılması siyahı və cədvəllərinə qarşılıqlı ticarət və iqtisadi əməkdaşlığın məhsuldarlığına istiqamətlənmiş beynəlxalq nəqliyyatın təşkili, həyata keçirilməsi və təhlükəsizliyi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və tikintisi ilə bağlı layihələr daxil ediləcək.

R.Mirsayapov əlavə edib ki, Rusiya və Azərbaycan şirkətlərinin, mütəxəssislərinin, vəzifəli şəxslərinin sıx əməkdaşlıq nəticəsində Azərbaycanda sürətli və səmərəli şəkildə tikilən yeni obyektlər yaranacaq.

Qeyd edək ki, ticarət ofisinin fəaliyyəti Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına, Rusiyanın ixrac layihələrinin təşviqinə, Rusiya Federasiyasına investisiyaların və qabaqcıl texnologiyaların cəlb edilməsinə yönəlib.

Twitter: @Fidan_Babaeva