Bu il Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neft nəql ediləcək

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın “Transneft” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2021-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neftin nəqli ilə bağlı müqavilə imzalayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Transneft” prezidentinin İqor Demin deyib.

Fevral ayında həmin neft kəməri ilə 85 min ton Azərbaycan neftinin nəqli planlaşdırılır.


2020-ci ildə SOCAR Bakı-Novorossiysk kəməri ilə 613 min ton neft nəql edib.

Teqlər: