Bu il Azərbaycanda minik avtomobillərinin istehsalı azalıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 172,4 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,8 faiz artıb.

AzerTimes-ın məlumatına görə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 71,3 faiz azalıb.

Yanvar-iyul aylarında 940 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 134 ədəd az minik avtomobili istehsal olunub.

Dövr ərzində əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə traktorların istehsalı 3,9 dəfə artıb.

Teqlər: