Bu il Azərbaycanda 3 min 611 narkotik alverçisi həbs edilib

Xəbər - Samir Əli – Trend:

Daxili işlər orqanları əməkdaşları tərəfindən bu il ərazində keçirilən əməliyyat tədbirləri nəticəsində 3 min 611 narkotiklə əlaqəli cinayət məsuliyyətinə cəlb edilib.

Bunu AzerTimes-a açıqlamasında Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, saxlanılan şəxslərin 273 nəfəri 18-25 yaş arası, 627 nəfər 26-29, 2 min 705 nəfər isə 30 yaşdan yuxarı şəxslərdir: “Həmin şəxslər ilk olaraq narkotik aludəçiləri olublar. Həmin şəxslər narkotik aludəçisi olduqları vaxta qədər müəyyən əməklə məşğul olublar. Narkotik aludəçisi olandan sonra həmin şəxslər narkotik əldə etmək üçün narkotik alverçilərinin əlinə düşüb və narkotik alverinə cəlb ediliblər”.


Teqlər: