Bu hadisə Ermənistan tərəfindən bizim media nümayəndələrinə qarşı törədilmiş növbəti terror aktıdır – Əhməd İsmayılov

Xəbər - Asif Mehman -AzerTimes:

Bu hadisə Ermənistan tərəfindən bizim media nümayəndələrinə qarşı törədilmiş növbəti terror aktıdır.

AzerTimes-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.

Ə.İsmayılov bildirib ki, bu gün iki həmkarımız və bir mülki şəxs minaya düşərək həlak olub:

“Azərbaycan Mediası olaraq bunu qətiyyətlə pisləyir və bütün beynəlxalq təşkilatları hadisəyə hüquqi qiymət verməyə çağırırıq”.

“Həlak olan şəxslərin yaxınlarına başsağlığı verir, Allahdan rəhmət diləyirik!” – deyə, Əhməd İsmayılov qeyd edib.

Teqlər: